• Gömrük Xidmətləri (BROKER)

    Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Qanunvericilə nəzərdə tutulmuş bütün vəzifələri broker olaraq üzərimizə götürərək mallarınızın və ya nəqliyyat vasitələrinizin gömrük sənədlərinin hazırlanmasına həmçinin təmsilçilik yolu ilə sizin yerinizə gömrük əməliyyatlarınızı icra etməyə tam hazırıq.

    • Gömrük bəyannamələrinin tərtibi
    • E-qısa idxal bəyannaməsinin tərtibi
    • Təmsilçilik xidməti
    • Nəqliyyat sənədlərinin (CMR, TİR CORNET, GƏMİ Qaimələrinin) hazırlanması
    • İcazə tələb olunan yüklərə icazələrin alınması
    • Gömrük ödənişlərinin edilməsi
    • Yükə aid sənədlərin toplanması
    • XİFƏN kodların müəyyən olunması
    • Gömrük xidmətlərinə dair Konsultasiya

Daha çox məlumat istəyirsiniz?

Hər hansı bir kömək və sorğu üçün